DÜNYA ÖZ XƏBƏR

İş adamı "Starbucks"da adam güllələdi - ANBAAN VİDEO

Meksikanın Tulum şəhərində yerləşən "Starbucks" kafesində dəhşətli qətl hadisəsi baş verib.

32gun.az xarici KİV-nə istinadən bildirir ki, kafedə oturan şəxs ona yaxınlaşıb zorla pul almağa çalışan oğruya atəş açıb. Hadisə zamanı o və dostu yaralanıb. Buna baxmayaraq silahlı şəxs onlara hücum edən şəxsi izləyib və küçədə güllələyərək öldürüb.

Qətli törədən şəxsin ölkənin tanınan iş adamlarından biri olduğu ortaya çıxıb.

Qeyd edək ki, iş adamı polis tərəfindən saxlanılıb.

Ayxan

Oxşar Xəbərlər