45 yaşlı Türkiyə vətəndaşı xəstəxananın həyətindəki oturacaqda ölü tapılıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Antalya Təhsil və Araşdırma Xəstəxanasının həyətində baş verib.
Vətəndaşların xəbərdarlığından sonra hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib.
Meyiti tapılan şəxsin uzun müddət xəstəxananın həyətindəki skamyada gecələyən Yenal Altay olduğu bildirilib.
Bildirək ki, Y.Altayın meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə morqa aparılıb.
Nurlan