Xəbər verdiyimiz kimi, ötən gecə Türkiyədə içərisində partiya üzvlərinin olduğu avtomobil qəzaya düşüb.
Bildirək ki, qəza zamanı HDP Qrup sədr müavini Meral Danış Beştaş, sürücüsü və partiya üzvü Mehtap Dəmirkaya ağır yaralanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onurğasında və ayaqlarında qırıqlar olan M.D.Betaş və Mehtap Dəmirkaya nazirliyə məxsus təcili yardım təyyarəsi ilə Ankaraya aparılıb. Hər iki şəxsin müalicəsi İbn Sina xəstəxanasında davam etdiriləcək. Yaralılardan Beştaşın əməliyyata salınacağı istisna olunmur.
Həmçinin, qəzanın baş vermə səbəbi də məlum olub. Belə ki, qarın başlaması və yolun sürüşkənliyinin artması nəticəsində sürücü idarəetməni itirib və nəticədə avtomobil qəzaya uğrayıb.
Qeyd edək ki, seçki işləri ilə bağlı Ərzuruma yollanan Meral Danış Beştaş, elə həmin şəhərdən millət vəkilli olmaq üçün namizədliyini irəli sürüb. O, namizdələr arasında 1-ci sıradadır.
Nurlan Şiraliyev