Türkiyədə prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində özəl xəstəxanalardan birində əməliyyat keçirilib.
32gun.az xəbər verir ki, əməliyyat İzmirin Menemen rayonunda baş tutub.
Nəticədə xəstəxana sahibi, işçilər və həkimlər daxil olmaqla 14 nəfər saxlanılıb.
Saxlanılan şəxslər “cinayət törətmək məqsədi ilə təşkilat qurmaq", "rəsmi sənədlərin saxtalaşdırılması", "fırıldaqçılıq" və bir sıra digər ittihamlarla həbs edilib. Onların vətəndaşlara vurduqları zərərin miqdarı 147 milyon lirə (12 milyon 922 min AZN) məbləğində olub.
Nurlan Şiraliyev