DÜNYA ÖZ XƏBƏR

16 yaşlı qız qəza törətdi: Özü və rəfiqəsi öldü (FOTO)

Türkiyədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, qəza zamanı Şevval Ağdacının idarə etdiyi avtomobil yol kənarındakı beton işıq dirəyinə çırpılıb. Nəticədə 16 yaşlı sürücü və rəfiqəsi Meryem Yapıcı dünyasını dəyişib. Hadisə yerinə polis, tibbi yardım qrupları və xilasedicilər cəlb edilib.

Bildirək ki, qəza törədən Şevval Ağdacının sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi məlum olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər