Rusiya Prezidenti Vladimir Putin bir sıra əxslərin təltif edilməsi ilə bağlı fərman imzalayıb.
32gun.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Fərmana, əsasən, Krım körpüsünün bərpasında iştirak edən bir sıra müəssisələrin işçiləri təltif edilib. Diplom alan işçilər sırasında - “Roads and Bridges”, “MTSM-Servis”, “Road Construction Company” və “Bamtonnelstroy” şirkətlərinin əməkdaşları xüsusi yer tutur.
Xatırladaq ki, Krım körpüsündəki terror aktı 2022-ci il oktyabrın 8-də baş verib.
Nurlan Şiraliyev