Qobustan rayon Mərkəzi Xəstəxanası məhkəməlik olub.
32gin.az-a daxil olan məlumata görə, haqsız yerə içdən çıxarıldığını iddia edən xəstəxananın keçmi əməkdaşı ƏHMƏDOVA MAYA GÜLKİŞİ qızı Qobustan Rayon Məhkəməsinə baş vurub.
Maya Əhmədovanın iddiasına görə, əməkhaqqını da xəstəxanadan tam ala bilməyib.
Məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək haqqı tələbi məsələlərindən ibarətdir.
Qeyd edək ki, Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyindir.
Xatırladaq ki, bu lin fevral ayında “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanmışdı. Qobustan rayon prokurorluğun bildirilib ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Ayxan