İş görüşməsi üçün İzmirə gedən və bir gün sonra xəstəxanada olduğu bilinən qız dünyasını dəyişib.
Bildirək ki, hadisə ötən ilin iyul ayında baş verib. İşlə əlaqədar evdən çıxıb, geri qayıtmayan Aslıhan Sinem Çiçəyin atası, qızının ikin düşməsi ilə bağlı polisə məlumat verib. Araşdırmalardan sonra Aslıhanın xəstəxanada olduğu ortaya çıxıb. Daha sonra onun ölümü ilə bağlı başladılan araşdırma nəticəsində Burak Kaya adlı şəxs həbs edilib.
32gun.az xəbər verir ki, Aslıhanın xəstəxanaya düşməzdən əvvəlki son görüntüləri ortaya çıxıb. Görüntülərdə onun tələsik şəkildə qaçdığı əks olunub. Videonun sonunda qızın ağ rəngli avtomobilə mindiyi göstərilir. Bununla bağlı araşırmaların sonunda Cem A. adlı şəxs və əmisi oğlu Diyar A. ələ keçirilib.
Qeyd edək ki, aparılan istintaq nəticəsində Cem A. və Burak Kaya barəsində həbs cəzası müəyyən edilib. Hər iki şəxs İzmir 11-ci Ağır Cəza Məhkəməsinə çıxarılacaq.
Onu da əlavə edək ki, Aslıhanın ailəsi qızlarının vəhşicəsinə öldürülməsinin cavabsız qalmamasını tələb edir. Və bununla bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciətlər ünvanlayıblar.
Ayxan