SOSIAL

31 nəfər şəhid və qazi ailəsi üzvü Azərbaycan vətəndaşlığına qəbul edildi

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.

Bu barədə 32gun.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

Oxşar Xəbərlər