DÜNYA ÖZ XƏBƏR

12 yaşlı yeniyetmə dostu tərəfindən qətlə yetirildi

Antalyanın Alanya rayonunda dəhşətli qətl hadisəsi baş verib.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, 12 yaşlı Həsən Gölüşlü həmyaşıdı olan dostu tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Hadisənin ov zamanı baş verdiyi bildirilib. Həsən Gölüşlü başından aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.

Bildirək ki, 13 yaşlı K.G. polis tərəfindən saxlanılıb. Onun barəsində "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddəsi ilə istintaq başladılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər