DÜNYA ÖZ XƏBƏR

Mədəsində gizlətdiyi narkotik ölümünə səbəb oldu

İrandan İstanbula, oradan isə İsveçə uçmaq istəyən 63 yaşlı İsveç vətəndaşı Rupen Harotonian faciəvi şəkildə dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Harotonian pasportunu itirdiyi üçün İsveçə uça bilməyib. Elə bu səbəbən, Arnavutköydə otellərdən birində gecələməyə qərar verib. Lakin axşam saatlarında onun halı pisləşib. Təcili yardım maşını ilə xəstəxanaya aparılan İsveç vətəndaşının mədəsindən külli miqdarda narkotik maddə aşkarlanıb. Mədəsində gəzdirdiyi narkotik kapsullarının partlaması nəticəsində onun halı ağırlaşıb.

Bildirək ki, Harotonianın mədəsindəki kapsulların qalıqları əməliyyat nəticəsində çıxarılsa da, ölüm riski olduğu üçün proses yarıda saxlanılıb.

Qeyd edək ki, xəstəxanada müdaxiləsi davam edən Harotonian həmin gecə bədəninə qarışan narkotik maddə səbəbindən dünyasını dəyişib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər