Respublika Prokurorluğu Diyarbəkir vilayətindəki 21 rayonda əməliyyat keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror təşkilatı PKK/KCK-ya qarşı keçirilən əməliyyatlar çərçivəsində 128 nəfər saxlanılıb.
Saxlanılanlar arasında 2017-ci ildən bəri 60-a yaxın küçə etiraz aksiyasını planlaşdıranlar, təşkilatı maliyyələşdirənlər və təşkilatın media strukturunda iştirak edənlər, həmçinin, media vasitəsilə təbliğat aparanlar, hüquqşünaslar, bəzi dərnək rəhbərləri və mitinq keçirənlərin olduğu bildirilib.
İstintaq tədbirləri hazırda da davam edir.
Nurlan Şiraliyev