Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sosial media hesabından paylaşım edib.
O, paylaşımında, bugünkü proqramların ləğv edildiyini açıqlayıb.
XXX
"Prezidentimizin səhhəti yaxşıdır, proqramlarına davam edəcək".
32gun.az xəbər verir ki, bu barədə AK Partiya sədr müavini Numan Kurtulmuş jurnalistlərin sualını cavablayarkən bildirib.
Sədr müavini, "Prezidentimiz seçki kampaniyalarının instensivliyindən dolayı mədə narahatlığı keçirib. Bu gün proqramlara qaldığı yerdən davam edəcək" deyə, qeyd edib.
Bildirək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan qatıldığı canlı yayım zamanı qəfil narahatlıq keçirib. Bununla əlaqədar, "Kanal 7" və "Ülke TV"də yayım qısa müddətli dayandırılıb. 20 dəqiqəlik fasilədən sonra yayım davam etdirilib və Ərdoğan yaranmış vəziyyətlə bağlı izləyicilərindən üzr istəyib.
Nurlan Şiraliyev