DÜNYA ÖZ XƏBƏR

Ukyranlı jurnalist öldürüldü - Daha biri isə ağır yaralandı

Ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində rus snayperləri tərəfindən açılan atəş nəticəsində həlak olub.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında baş verib.

Bildirək ki, ukraynalı jurnalistin yanında olan digər jurnalist, “La Repubblica” qəzetinin müxbiri, Korrado Zunino isə yaralanıb. Yaralanan müxbir Xerson xəstəxanasına aparılıb. Hazırda onun müalicəsi davam edir.

Onu da qeyd edək ki, Boqdan Bitikin cəsədini vurulduğu ərazidən çıxarmaq mümkün olmayıb.

Nurlan Şiraliyev

 

 

Oxşar Xəbərlər