Meksika prezidenti Andres Manuel Lopez Obrador görüş zamanı huşunu itirib.
32gun.az xəbər verir ki, bu barədə prezidentin özü məlumat verib.
O, Milli Saray tərəfindən yayımlanan videomüraciətində səhhəti ilə bağlı açıqlama verərək, COVİD-19 səbəbiylə qısa müddətə huşunu itirdiyini bildirib.
Təcili yardım helikopteri ilə paytaxt Mexikoya aparıldığını vurğulayan Obrador, karantində olduğunu, mətbuat konfranslarının daxili işlər naziri Adan Augusto Lopez Hernandez tərəfindən keçiriləcəyini qeyd edib.
Qeyd edək ki, Meksika prezidenti 2021-ci ildən bəri üçüncü dəfədir ki, koronavirusa yoluxur.
Nurlan Şiraliyev