DÜNYA ÖZ XƏBƏR

Həmkarı ilə evli olan məşhur başqa qadınla kəbin kəsdirib? - Görüntüsü üzə çıxmışdı (VİDEO)

Aktrisa Neslihan Atagüllə 7 ildir evli olan aktyor Kadir Doğulu bir müddət öncə əyləncə məkanında qadınlarla səmimi görüntüləri ortaya çıxıb.  Doğulunun uzun müddətdir baş hərfi "S" olan qadınla birlikdə olduğu iddia edilib.
Hətta iddiaya görə K.Doğulu həmin qadın üçün ev alıb.
 Doğulu ilə qadının kəbin kəsdirdiyi və hətta Atagülün də bu vəziyyətdən xəbəri olduğu iddia edilib.

32gun.az Türkiyə KiV-nə istinadən bildirir ki, Doğulunun dini kəbin kəsdirdiyi qadının futbolçu Oktay Derelioğlunun keçmiş həyat yoldaşı Sezer Çakır olduğu iddia edilib. 
Qısa müddətdə sosial mediada gündəm olan S.Çakır "İnstaqram" hesabından paylaşım edərək haqqında deyilənləri təkzib edib. Doğulu ilə dost olduqlarını deyərək imam evliliyi iddiasını sərt şəkildə təkzib edən Çakır bu ifadələri işlədib: 
“Son bir neçə gündür sosial mediada haqqımda səslənən iddiaları çox ciddi qəbul etməsəm də,  ailəm və yaxın dostlarım həqiqəti bildiyi üçün susmağımın vəziyyət daha da ağırlaşacağını söylədilər.

Mən Kadirin ailəsinə və öz ailəmə hörmət edərək bu açıqlamanı verməyə ehtiyac hiss etdim.
Mən şou adamı d deyiləm, ona görə də bu mövzuda yer almaq xoş deyil. Kadir ətrafımdakı bütün dostlarım kimi çox sevdiyim dostumdur. Bu xəbər pis niyyətlə edilib. Sadəcə ssenaridir, belə bir şey yoxdur".

Ayxan

Oxşar Xəbərlər