Türkiyənin Sivas vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
32gun.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, episentri Sivasın Gürün rayonu olan zəlzələ, Bakı vaxtı ilə 19.33-də qeydə alınıb.
Onu da əlavə edək ki, zəlzələ yerin 7 km dərinliyində olub.
Nurlan Şiraliyev