DÜNYA ÖZ XƏBƏR

Sevgilisi ilə sonuncu dəfə oturduqları skamyanı oğurladı - Gülüşə səbəb oldu (FOTO)

Türkiyənin Əskişəhər vilayətində qəribə oğurluq hadisəsi olub.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Məhəmməd adlı şəhər sakini "Odunpazarı Bələdiyyəsi"nə aid skamyanı oğurlayıb. Daha sonra skamyanın fotosunu sosial şəbəkədə paylaşan vətəndaş, "Skamyanı bir yerdə oturduğumuz üçün oğurladım" deyə şərh əlavə edib.

Məlum olub ki, skamyanı oğurlayan şəxs, ayrıldığı sevgilisi ilə sonuncu dəfə məhz həmin skmayada əyləşib.

Skamyanın oğurlanmasına reaksiya verən bələdiyyə, "Zəhmət olmasa skamyamızı geri gətirin. Sevgidən əziyyət çəkən hər kəs skamya oğurlasa, biz yandıq" şərhini əlavə edib. Sözügedən paylaşım qısa müddət ərizndə 4 milyondan çox baxış sayı toplayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər