Ankarada dəhşətli yol qəzası baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, servis avtobusu ilə "Fiat" markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 17 nəfər isə yaralanıb.
Qəza zamanı dünyasını dəyişən şəxslər "Fiat" markalı avtomobilin sürücüsü və 15 yaşlı sərnişin olub. Digər yaralılar isə xəstəxanaya aparılıb.
Nurlan Şiraliyev