DÜNYA ÖZ XƏBƏR

Dəhşətli QƏTL: Əmi 5 yaşlı qardaşı oğlunun boğazını kəsdi - Cəsədini doğrayıb, yandırdı

İranın Dust Məhəmməd şəhərində baş verən hadisə dünya mətbuatında da geniş əks-səda doğurub.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, N.B adlı əmi qohumunun toyundan sonra onun arxasınca evinə gedən 5 yaşlı qardaşı oğlunu qətlə yetirib. Hadisə zamanı narkotikin təsirində olduğu iddia edilən kişi 5 yaşlı Hossamı əvvəlcə döyüb, sonra isə yerdə tapdığı kafel parçası ilə boğazını kəsib. 

Qatil əmi 5 yaşlı qardaşı oğlunu öldürdükdən sonra azyaşlının cansız bədənini tikə-parça doğrayaraq yandırıb. Daha sonra yanmış qalıqları kisəyə qoyaraq zibilliyə atıb. Bu zaman ona iki dostu kömək edib. 

Hadisənin üzə çıxmasından sonra 45 yaşlı əmi və ona kömək edən iki nəfər saxlanılıb. Əmisinin Hossamı çox sevdiyini və bu hadisədən məəttəl qaldığını ifadə edən bir ailə üzvü, ““Əminin qardaşı oğlunu necə sevdiyi açıq-aydın görünürdü. Hər kəs onu sevdiyini bilir. Biz də baş verənlərdən şoka düşdük" deyə qeyd edib.

Ayxan

 

Oxşar Xəbərlər