Uqandanın əmək, məşğulluq və sənaye məsələləri naziri Çarlz Okello Engola mühafizəçisi tərəfindən öldürülüb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə nazirin paytaxt Kampaladakı iqamətgahında baş verib.
Naziri qətlə yetirən mühafizəçi bir neçə dəqiqə sonra eyni silahla intihar edib. Uqandalı naziri öldürən şəxsin kimliyi hələlik məlum olmayıb. Eyni zamanda onun bu hadisəni hansı səbəbdən törətdiyi bəlli deyil.
Bildirək ki, Engola nazir olmaqla yanaşı, ehtiyatda olan polkovnik-leytenant idi.
Nurlan Şiraliyev