DÜNYA ÖZ XƏBƏR

"Ruby" gecə klubunda qətl törədən şəxs ölkədən qaçarkən saxlanıldı (VİDEO)

İstanbulda Barış Boyun lideri olduğu mütəşəkkil cinayət təşkilatına qarşı əməliyyat keçirilib.

32gun.az xəbər verir ki, Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən keçirilən tədbirlər nəticəsində aralarında Barış Boyun "sağ qolu" kimi tanınan Kamal Ürün olmaqla, 131 nəfər saxlanılıb.

Bildirilib ki, Kamal Ürün ölkədən qaçmağa cəhd edərkən Bolu şəhərində ələ keçirilib. K.Ürünün adı bir sıra cinayətlərdə hallanır - "Ruby" gecə klubunun mühafizəçisinin qətl edilməsi, Cihan Ekşioğlunun öldürülməsinə cəhd, Fermas və Rolls Rolyce iş yerlərinə silahlı hücum və s.

Xatırladaq ki, cinyatəkar dəstənin lideri kimi tanınan Barış Boyun, bir müddət öncə İtaliyada saxlanılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər