"Nexta" Telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç 8 il müddətinə azadlıqdan məhrum edilib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Minsk vilayət məhkəməsi qərar çıxarıb.
Bildirək ki, R.Protaseviç 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərindən sonra başlayan kütləvi etirazların koordinasiyasında iştirak edib. Elə bu səbəbdən onun barəsində cinayət işi açılıb.
Nurlan Şiraliyev