DÜNYA ÖZ XƏBƏR

AK Partiya üzvünə silahlı hücum - Təcili xəstəxanaya aparıldı

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) üzvü Şükrü Erhal silahlı hücuma məruz qalıb.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Ş.Erhal hücum baş verən zaman ailəsi ilə birlikdə Tekirdağdakı parklardan birində olub.

Bildirilib ki, naməlum şəxs AK Partiya üzvünə 3 dəfə atəş açıb. Hər iki ayağından güllə yarası alan Erhal dərhal xəstəxanaya aparılıb. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Sui-qəsdə cəhd edən şəxs polis tərəfindən axtarışa verilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər