Misirdə baş verən hadisə dünya mətbuatında geniş əks-səda doğurub.
32gun.az "Daily Mail"ə istinadən bildirir ki, 29 yaşlı Hanna adlı misirli ana 5 yaşlı oğlunu boğaraq öldürüb. Oğlunun cansız bədənini tikə-tikə doğrayan ana həmin tikələrdən özünə yemək də bişirib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin ölkə mətbuatına verdiyi açıqamaya görə, 29 yaşlı ananın oğlunun “sonsuza qədər onunla qalmasını” istədiyi üçün başını kəsdiyi deyib.
Misirin Əş-Şərqiyyə şəhərinin Faqus rayonunda polis kiçik oğlanın qalıqlarını vedrələrdə tapdıqdan sonra ana həbs edilib. Ruhi xəstə olduğu deyilən ana 5 yaşlı oğlu Yusifi öldürmək niyyətinin olmadığını söyləyib.
Ayxan
