Türkiyənin Manisa bölgəsində polis əməkdaşlarına və ətrafa silahla atəş açan şəxs polislər tərəfindən zərərsizləşdirilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zərərsizlədirilən şəxs xəstəxanaya aparılan zaman dünyasını dəyişib.
Belə ki, silahla havaya atəş açılmasından sonra, bölgəyə polis əməkdaşları göndərilib. Polis əməkdalarının xəbərdarlığına baxmayaraq tapançadan atəş açan şəxs yaralanaraq zərərsizləşdirilib.
Təcili yardımla xəstəxanaya aparılan yaralı, müdaxiləyə baxmayaraq dünyasını dəyişib.
Həmçinin hadisə ilə bağlı 3 şübhəli sorğuya alınıb.
Rza Hüseynov