DÜNYA ÖZ XƏBƏR

Tibb mərkəzinə SİLAHLI HÜCUM OLDU

Atlantada tibb mərkəzinə hücum edən şəxs, atışma zamanı 1 nəfəri öldürdü.

32gun.az nytimes.com -a əsasən xəbər verir ki, polis əməkdaşları Atlantadakı tibb mərkəzinə hücumunda şübhəli bilinən 24 yaşlı şəxsin bir neçə saat davam edən geniş axtarışından sonra tutulduğunu bildirib.

Belə ki, Atlantanın Midtown şəhərində tibb mərkəzinə atəş açan, bir nəfəri öldürən və dörd nəfəri yaralayan silahlı şəxs bir neçə saat davam edən axtarışdan sonra tutulub.

Atlanta Polis Departamentinin məlumatına görə, 24 yaşlı Deion Patterson adlı silahlı şəxs atışmadan sonra avtomobil oğurlayıb.

Daha sonra isə piyada qaçmağa çalışıb.

Rza Hüseynov

Oxşar Xəbərlər