DÜNYA ÖZ XƏBƏR

Polislər qapını sındırdıqdan sonra kişi cəsədi ilə qarşılaşdı

Türkiyənin İstanbul şəhərində əcnəbilərin yaşadığı mənzildə bir nəfər ölü tapılıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, xarici vətəndaşların yaşadığı evdə bir nəfərin öldüyü barədə polis qruplarına məlumat verilib.

Hadisə yerinə gələn polis qrupları qapını aça bilməyəndə, qapını sındıraraq evə daxil olduqdan sonra  cansız kişi cəsədi ilə qarşılaşıblar.

Mühacirlərin yaşadığı ev polis qrupları tərəfindən möhürlənib.

Şəxsin ölümünün dəqiq səbəbi ekspertizadan sonra aydınlaşacağı bildirilib.

Rza Hüseynov

Oxşar Xəbərlər