HADİSƏ
"VAZ-2106" ilə "Niva" toqquşdu - Xəsarət alan var
Bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində rayonun Baş Zəyzid kənd sakini Vasif Abdulsalamovun idarə etdiyi “VAZ-2106” və Kiçik Dəhnə kənd sakini İlham Səmədovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub.
32gun.az-ın məlumatına görə, toqquşma nəticəsində “VAZ-2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertiza təyin olunub və Şəki Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır.