HADİSƏ
Bakıda mağazada yanğın baş verib -VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mağazada yanğın olması barədə məlumat daxil olub.
32gun.az-in xəbərinə görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülmüş operativ və çevik müdaxilə nəticəsində yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinin qarşısı alınmaqla söndürülüb.