Türkiyənin Aksaray şəhərində toydan çıxan ailə faciə yaşayıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Həsən Ç-nin idarə etdiyi avtomobil yolu keçmək istəyən üç nəfəri vurub. Nəticədə 54 yaşlı Elmas Arslanhan, qızı və nəvəsi ağır xəsarətlər alıb. Hər üç şəxs dərhal xəstəxanaya aparılıb. Yaralılardan E.Arslanhan həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib. Digər iki nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Qəzaya səbəb olan avtomobilin sürücüsü 27 yaşlı H.Ç polis bölməsinə aparılıb.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Nurlan Şiraliyev