DÜNYA ÖZ XƏBƏR

Lukaşenkonun Moskvanı dərhal tərk etməsinin səbəbi BU İMİŞ

Xəbər verdiyimiz kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada keçirilən Qələbə paradı başa çatdıqdan dərhal sonra Minskə uçub.

32gun.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov sözügedən hadisə ilə bağlı açıqlama yayıb.

O, Belarus prezidentinin Minskdəki bayram tədbirləri ilə bağlı təcili getməli olduğunu bildirib.

Eyni zamanda, bildirək ki, Peskov Lukaşenkonun səhhəti ilə bağlı suallara cavab verməkdən imtina edib.

Qeyd edək ki, xarici mətbuatda Belarus liderinin vəziyyətinin pisləşdiyi, elə bu səbəbdəndə Moskvanı dərhal tərk etməsi kimi məlumatlar dərc edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər