Mersində yaşayış binalarından birində gözətçi işləyən şəxs, bina sakini olan 12 yaşlı yeniyetməni qaçıraraq ailəsindən 400 min avro pul tələb edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istədiyi pulu ala bilməyən şəxs yeniyetməni boğaraq öldürüb.
Uşağın meyiti zirzəmidə tapılarkən bina sakinləri "Təəccüblü olan o idi ki, gözətçi də bizimlə birlikdə uşağı axtarırdı. Polislər zirzəmiyə baxmaq üçün axtarışları başladan zaman, polislərin getdiyini zənn edərək, özü zirzəmiyə düşdü. Uşağı xalçaya bükəndə isə polislər tərəfindən iş başında tutuldu" ifadələrini işlədib.
Qeyd edək ki, bina sakinlərindən biri gözətçinin əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildirib. Lakin polis bölməsinə aparılan şəxs hər dəfə oradan çıxmağı bacarıb.
Rza Hüseynov


