DÜNYA ÖZ XƏBƏR

İmran xan barəsində 8 sutka həbs qərarı ÇIXARILDI

Xəbər verdiyimiz kimi, Pakistanın sabiq Baş naziri İmran Xan həbs edilib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, İslamabad Ali Məhkəməsi tərəfindən sabiq baş nazirlə bağlı 8 sutkalıq həbs qərarı çıxarılıb.

Bildirək ki, siyasətçi Əl-Qadir Trust Fondunun vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Qeyd edək ki, məhkəmənin qərarından öncə, Korrupsiyaya qarşı mübarizə xidməti İmran Xan barəsində 14 sutka həbs qərarı çıxarılmasını tələb edib.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər