DÜNYA ÖZ XƏBƏR

Silahlı hücüm : 5 NƏFƏR YARALANDI

ABŞ-ın Kolorado ştatında baş verən silahlı hücum nəticəsində biri ağır olmaqla 5 nəfərin yaralandığı bildirilib.

32gun.az xarici mətbuata istinadən xəbər verir ki, polis hücüm edən şəxsin şəxsiyyətini müəyyən edə bilməyib. Lakin onun hadisə zamanı yaralananlar arasında olduğunu təxmin etdiklərini bildirib.

Yaralılar ətraf xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

Rza Hüseynov

Oxşar Xəbərlər