DÜNYA ÖZ XƏBƏR

Nənəsinin yaşadığı evi yandırdı - Hadisə yerində saxlanıldı

Türkiyənin Sakarya vilayətində dəhşətli hadisə baş verib.

32gun.az ölkə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olan şəxs nənəsinin yaşadığı birmərtəbəli evi benzin tökərək yandırıb. Yanğın zamanı içəridə olan 85 yaşlı qadın çətinliklə olsa da, evdən qurtula bilib.

Xəbərdarlıqdan sonra yanğın baş verən əraziyə yanğınsöndürən briqadası cəlb edilib.

Hadisədə təqsirli bilinən E.A. adlı şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, yanğınla bağlı araşdırma başladılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər