"Biz heç bir qonşumuza, xüsusən də Yunanıstana qarşı aqressiv münasibət göstərmirik".
32gun.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey, Şərqi Aralıq dənizi və Kiprdəki hadisələrlə bağlı danışarkən qeyd edib.
"Biz problemlərin beynəlxalq hüquq normaları və mehriban qonşuluq münasibətləri çərçivəsində dialoq, dinc vasitə və üsullarla həllinin tərəfdarıyıq. Biz deyirik ki, Egey dənizi dostluq dənizi olsun, hər iki tərəfin sərvəti ədalətli şəkildə paylaşılsın, təhlükəsiz və xoşbəxt yaşanılsın. Həmçinin, iki ölkə arasında turizm dövründə təlimlərin keçirilməsinə moratorium qoyulub. Biz onlara bu məsələni genişləndirməyə hazır olduğumuzu və müzakirə edə biləcəyimizi bildirdik. Biz gözləyirik. Bizim gizli gündəmimiz yoxdur”.
Nurlan Şiraliyev