HADİSƏ
Bakıda 25 yaşlı qız bıçaqlandı
Bakının Xətai rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
32gun.az “Report”a istinadən xəbər verir ki, münaqişə zəminində 25 yaşlı Zəhra (soyadı dəqiqləşdirilir - red) bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.