"Ölkə daxilində açılmayan seçki qutularının sayının 27-dir".
32gun.az xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener məlumat verib:
"Xaricdən gələn 1579 sandıq hələ açılmayıb" - deyə, Yener sözlərinə davam edib.
Bildirək ki, “Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu 44,96 faiz, ATA İttifaqının namizədi Sinan Oğan isə 5,20 faiz səs toplayıb.
Nurlan Şiraliyev