DÜNYA ÖZ XƏBƏR

26 nəfərin ölümünə səbəb olan qəza: Sürücülərdən biri hadisə yerindən qaçıb

Meksikanın şimalındakı Tamaulipas ştatında, 26 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı yük maşını ilə sərnişin mikroavtobusu toqquşub. Daha sonra zərbənin təsirindən yanğın baş verib.

Bildirək ki, qəzadan sonra yük maşınının sürücüsünün yoxa çıxdığı məlum olub. Hazırda onun tapılması istiqamətlərində araşdırma davam edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər