DÜNYA ÖZ XƏBƏR

"Sinan Oğanın mövqeyi Cumhur İttifaqına daha yaxındır" - Ərdoğanın sözçüsü

"Sinan bəyin siyasi ənənəsinə baxanda onun mövqeyinin Cumhur İttifaqına daha yaxın olduğunu bilirəm".

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bunu Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. 

"Sinan bəyin səsi dəyərlidir. Seçicilərimizin 5,2 faizi onu Sinan Oğana verib. Burada yeni bir dinamika var. Sinan bəyin gəldiyi siyasi ənənəyə baxanda onun mövqeyinin Cumhur İttifaqına daha yaxın olduğunu bilirəm. Onunla şəxsi tanışlığım da var. O, həm də yaxşı kampaniya aparıb. Öz tezislərni açıqladı. Terrorizm və qaçqınlarla mübarizə kimi.

Dövlətin birliyi baxımından terror qruplaşmalarına dövlətin münasibətini açıq şəkildə gördük.

Onların ikinci dövrəyə hansı tələblər verəcəyini bilmirik.

Düşünürəm ki, bu, Türkiyənin milli maraqlarından söhbət gedəndə kimə qarşı olmalı olduğumuzu açıq şəkildə göstərir"- deyə o qeyd edib.

Ayxan 

İbrahim Kalın'dan 'Sinan Oğan' açıklaması: Henüz bir görüşme olmadı

Oxşar Xəbərlər