Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.
Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, Aşot Paşinyanı qaçırmağa cəhd edən şəxs İkinci Qarabağ müharibəsində həlak olan əsgərlərdən birinin anası olub.
32gun.az Armenpress-ə istinadən xəbər verir ki, A.Paşinyan baş verən hadisə ilə bağlı danışıb.
O, tanımadığı qadın tərəfindən avtomobilə çağırıldığını, əyləşdikdən sonra isə hadisə yerindən uzaqlaşdıqlarını qeyd edib.
Aşotun sözlərinə görə, qadın onu "Yerablur" hərbi qəbiristanlığa apararaq öldürəcəyini iddia edib. Lakin avtomobilin sürəti azalan kimi Aşot avtomobildən yerə tullanıb. Yaralanaraq yolda gözlədiyini bildirən Aşot, başqa bir avtomobil tərəfindən vurulduğunu söyləyib. O, həmin avtomobildə də İkinci Qarabağ müharibəsində həlak olan əsgərlərin valideynlərinin olduğunu qeyd edib.
Bildirək ki, hadisədə şübhəli bilinən qadın saxlanılıb, istintaq davam edir.
Nurlan Şiraliyev