DÜNYA ÖZ XƏBƏR

"... Türkiyədəki seçkilərlə heç bir əlaqəsi yoxdur" - Lavrov

"Qara dəniz taxıl sazişinin Türkiyədəki seçkilərlə heç bir əlaqəsi yoxdur. Bu müqavilə ərzaq təhlükəsizliyi və ən yoxsul ölkələrin maraqları ilə bağlıdır".

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Ərdoğanın taxıl sazişinin 2 ay müddətinə uzadılması ideyasını dəstəklədik, lakin qarşıdakı 2 ay razılaşmanın nəticəsi üçün həlledici olacaq. Müqavilənin Rusiya ilə bağlı hissəsinin nəticələrini görmürük" - deyə, Lavrov sözlərinə davam edib.

Qeyd edək ki, taxıl müqaviləsinin 2 ay müddətinə uzadılması ilə bağlı xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan elan edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər