Bursa şəhərində dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kənan Yılmaz adlı 42 yaşlı kişi boşandığı həyat yoldaşı Yüce Can Yılmazı döyüb, qarın və omba nahiyəsindən 6 bıçaq zərbəsi ilə yaralayıb.
Belə ki, K.Yılmaz bir il öncə boşandığı 39 yaşlı Yüce Can Yılmazın yaşadığı evdə görüşüblər.
Burada başlayan müzakirədə Kənan Yılmaz həyat yoldaşını döyərək qarın və omba nahiyəsindən 6 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Qonşularının çağırdığı təcili yardım maşını ilə xəstəxanaya aparılan Yüce Can Yılmaza tibbi yardım göstərilib. Hadisədən sonra saxlanılan Kənan Yılmaz məhkəmə qarşısına çıxarılıb və həbs edilib.
Kənan Yılmaz məhkəmədə erdiyi ifadəsində hadisəni qısqanclıq səbəbi ilə törətdiyini bildirib:
"Hadisə baş verən gecə həyat yoldaşım, oğlum və mən evdə birlikdə spirtli içki qəbul etmişik. Səhər hamımız restorana gedib şorba içdik. Sonra onları tərk edib evə yatmağa gəldim. Arvadım və oğlum da sonra gəldilər. Birdən qapının açıldığını eşitdim. Sonra oyanıb həyat yoldaşımı görə bilməyəndə ona telefonla zəng etdim. Zənglərimə cavab vermədi. Bir dəfə açıb dedi ki, "sevgilimlə otel otağındayam".
Onu evə çağırdım. Evə gəldiyi zaman məni təhqir etdi. Bu zaman mətbəxtdən götürdüyüm bıçaqla onu bıçaqladım. Həyat yoldaşım məni bir dəfə qayçı ilə yaralamışdı, mən o zaman onu bağışladım, o da məni bağışlasın. Çox peçimanam” deyərək azadlığa buraxılmasını və bəraət qazanmasını tələb edib.
Kenan Yılmaz 3 il əvvəl evləndiyi Yüce Can Yılmazdan 1 il əvvəl ayrılmaq qərarına gəlib.
Ayxan

