Yolu keçmək istəyən nənə və nəvəsini yük maşını vurub.
32gun.az xəbər verir ki, hadisə Türkiyənin Kırklareli şəhərində baş verib.
Qəzadan xəbər tutan polis və tibbi yarım əməkdaşları hadisə yerinə gəlib. Hər iki şəxsin qəza baş verən yerdə dünyasını dəyişdiyi məlum olub. Onu da əlavə edək ki, dünyasını dəyişən şəxslər - 71 yaşlı Mualla Dəmircan və 5 yaşlı nəvəsi olub.
Nurlan Şiraliyev