DÜNYA ÖZ XƏBƏR

Yeni nazir vəzifəni Hulusi Akardan təhvil aldı - VİDEO

"Birinci prioritetimiz terrorizmlə mübarizə olacaq"

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bunu vəzifəni Hulusi Akardan təhvil alan yeni Milli Müdafiə naziri Yaşar Gülər deyib. 

İctimaiyyətə təqdim olunan, bu gün mərasimlə vəzifəsinin baına keçən  yeni nazir H.Akarla bağlı bu fikirləri bildirib:

"Vəzifəsi müddətində həmkarlarımızla qurduğu ahəngdar iş mühitinə görə də ona təşəkkür etmək istəyirəm. Dövlət və millət üçün dəyərli xidmətləriniz heç vaxt unudulmayacaq, minnətdarlıqla xatırlanacaq.

Bildiyiniz kimi, bu, bayraq dəyişikliyidir. Mənə həvalə olunmuş məsuliyyəti dərk edərək bu bayrağı üzərimə götürürəm.

Terrorla mübarizə mənim səlahiyyət müddətim ərzində artan əzm və qərarlılıqla aparılacaq. Son terrorçu zərərsizləşdirilənə qədər hər cür terror təşkilatına qarşı mübarizəmizi davam etdirəcəyik".

Ayxan

Oxşar Xəbərlər