MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Açıq-saçıq fotoları ilə gündəm olan məşhur müsəlman olub, hicaba keçdi - FOTO

Uzun illər “Playboy” brendinin əsl siması olan, açıq-saçıq fotoları ilə daim gündəm olan Feliksiya Yep müsəlman olmağa qərar verib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, F.Yeap müsəlman olduqdan sonra tamamilə bağlanaraq hicaba keçib. 

Maraqlısı odur ki, Feliksiya bu qərarı çox tez verib. Çünki son vaxtlara qədər Feliksiya Yep olduqca cəsarətli pozaları ilə gündəm olub. Üstəlik, bu pozalar məşhur modelin sosial şəbəkədəki hesabında bəyənmə rekordları qırırdı.

 Feliksiyanın bu qərarı həm pərəstişkarlarını, həm də izləyicilərini təəccübləndirib. Məşhur ulduz bu qərarından sonra fotolarını sosial şəbəkədəki hesablarından silib. Bu addımdan sonra Yepin izləyicilərinin sayı kəskin şəkildə azalıb.

Nilay

Oxşar Xəbərlər