Məşhur meksikalı narkobaron El Çapo ləqəbli məşhur narkobaron Xoakin Quzmanın həyat yoldaşı Emma Koronel Aispuro ABŞ-da saxlanıldığı federal həbsxanadan açıq həbsxanaya köçürülüb.
32gun.az bildirir ki, bu barədə ABŞ Federal Həbsxanalar Bürosunun (BOP) sözçüsü Donald Merfi açıqlama verib.
O verdiyi açıqlamada, Aispuronun reinteqrasiya prosesinin bir hissəsi olaraq mayın 30-da ABŞ-ın Texas ştatındakı həbsxanadan qalan cəzasını çəkmək üçün Los-Ancelesdəki açıq həbsxanaya köçürüldüyünü söyləyib.
ABŞ mətbuatında yer alan xəbərlərdə Aispuronun cəzasının son dövründə qanuna uyğun olaraq sosial reinteqrasiya prosesindən faydalanmaq hüququna malik olduğu diqqətə çatdırılıb.
Həmçinin cəzasının sentyabrın 13-də başa çatacağı və onun tam azadlığa çıxacağı gözlənilir. Aispuronun köçürüldüyü açıq həbsxanada onlar işləmək, peşə öyrənmək, psixoloji dəstək almaq və sosial media hesablarından istifadə etmək hüququ qazanacaqlar.
Bildirilir ki, ABŞ-Meksika ikili vətəndaşlığına sahib olan 31 yaşlı keçmiş gözəllik kraliçası kimi tanınan Aispuro, həbsindən sonra 2021-ci ilin iyununda Kolumbiya Rayon Məhkəməsində baxılan işdə ona qarşı irəli sürülən ittihamları qəbul etmişdi.
Hakim bildirmişdi ki, Aispuronun həyat yoldaşı həbsxanada olarkən narkotik ticarətinə yardım etdiyi və əri ilə kartelin digər tərəfdaşları arasında vasitəçilik etdiyi ikə bağlı sübutlar var.
Prokurorlar həmçinin 2021-ci ilin noyabrında keçirilən məhkəmə iclasında Aispuroya 4 il həbs cəzası istəmişdilər.
O da qeyd edilib ki, "Sinaloa" kartelinin keçmiş lideri Quzman ömürlük həbs cəzasına məhkum edilib və o ABŞ-ın Kolorado ştatındakı həbsxanasında saxlanılır.
Ayxan