Bursada separatçı terror təşkilatı PKK-YPG və DEAŞ-a qarşı əməliyyat keçirilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, ümumilikdə 24 şübhəlinin tutulması üçün əməliyyat keçirilib.
12-si PKK/KCK-YPG terror təşkilatı üzvü, 12-si isə DEAŞ terror təşkilatı üzvü olan şəxslərdir.
Hər iki terror təşkilatının üzvləri Suriya və Azərbaycan vətəndaşlarından ibarətdir.
Əməliyyat nəticəsində 21 nəfər yaxalanıb. Nəzarətə alınan şübhəlilərin polis əməliyyatları davam edərkən, 3 nəfərin tutulması istiqamətində əməliyyatlar davam edir.
Ayxan