Türkiyənin Antalya ərazisində dəhşətli qətl hadisəsi baş verib.
32gun.az xəbər verir ki, Erhan Onur Eldemir adlı şəxs keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Məhkəmədə dindirilmə zamanı Onur bu fikirləri səsləndirib:
"Keçmiş həyat yoldaşımın başqa kişilərlə münasibətdə olduğunu, övladıma laqeyd münasibət bəslədiyini eşitdim. Telefon danışıqlarımızda mübahisələrimiz də buna görə olurdu. Bəzən oğlumla danışarkən keçmiş həyat yoldaşım müdaxilə edirdi. Keçmiş həyat yoldaşımla danışmaq və uşağımı görmək üçün onun işlədiyi satış ofisinə getdim. Üzümə belə baxmadı. Öldürmək niyyətim yox idi. Qorxutmaq istədim"
Şahid qismində dinlənilən mərhumun böyük bacısı Zerrin Çelikin sözləri isə qan dondurub:
“Onur bundan əvvəl də bacımın üstünə benzin tökərək yandırmaq istəyib. Bacım işdən çıxdıqda isə onun qarşısını kəsib maşınından çıxartdığı bıçaqla bacımı qətlə yetirib" deyə o bildirib
16 bıçaq zərbəsi ilə öldürüldüyünü iddia edən ailə qatilə ömürlük həbs cəzası verilməsini tələb edib.
Aysel Şirinova